Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib

Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib Bakı. 18 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.
Hərbi
18 Yanvar , 2018 18:09
Hərbi topoqrafların təlim-metodiki toplantısı keçirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı zabitlərin iştirakı ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, toplantıda Naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi, birinci dərəcəli kapitan Davud Bağırlı 2018-ci ildə qarşıya qoyulan müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.

Toplantı iştirakçılarına mütəxəssis zabitlər tərəfindən Beynəlxalq Hidroqrafiya Təşkilatının (İHO) dəniz təhlükəsizliyindəki rolu, topogeodeziya cihazlarının istifadəsi və kartoqrafiya proqram təminatında raster xəritələrin işə hazırlanması mövzularında məşğələlər keçirilib.

Son xəbərlər

Orphus sistemi