Yuxarı

Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib
Bu kimi tədbirlərin dini radikalizmə qarşı mübarizə istiqamətində müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub
© Mod.gov.az

Bakı. 18 mart. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə HDQ-nin şəxsi heyətlə iş üzrə müavini 1-ci dərəcəli kapitan Natiq Bağırov və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə mövzularında çıxış ediblər.

Sonda bu kimi tədbirlərin dini radikalizmə qarşı mübarizə istiqamətində müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi