Yuxarı

Hәrbi Akademiyada "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib

Silahlı Qüvvәlәrin Hәrbi Akademiya ilə Tarix Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb

Bakı. 4 may. REPORT.AZ/ Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Milli Məclisin deputatları, ölkәnin 50-dən çox nazirlik, komitә, ali tәhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müәssisәlərinin nümayəndələri, idarә vә elmi mәrkәzlәrdәn 350-dәn artıq təmsilçi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olanların әziz xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Dövlәt himni səsləndirilib.

Müdafiə naziri general-polkovnik Zakir Hәsәnov ölkə Silahlı Qüvvәlәrinin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Prezidenti İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu konfrans iştirakçılarının diqqәtinә çatdırıb. Nazir hərb tarixinin aktual problemləri və onun prioritet inkişaf istiqamətləri barədə fikirlərini bildirib, konfrans iştirakçılarına işlərində müvəffəqiyyətlər arzulayıb.

"Heydər Əliyev irsində hərb tarixi" mövzusunda hazırlanan filmin nümayişindən sonra Azәrbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edib. O, ümummilli lider Heydәr Әliyevin Azərbaycan ordusunun yaradılmasında misilsiz uğurlarından danışaraq qoşunların son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb və konfransın işinə müvəffəqiyyətlər arzulayıb.

Sonra Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyevin məruzələri dinlənilib.

Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Konfransın plenar hissәsinin sonunda Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Plenar hissәdən sonra 40 nəfərdən ibarət işçi qrupu işini "Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri" mövzusunda məruzə və müzakirələrlə davam etdirib.

Konfransda bildirilib ki, elmi cәhәtdәn mühüm әhәmiyyәt kəsb edən bu tәdbir qarşıya qoyulan bir sıra mәsәlәlәrin hәllində böyük rol oynayıb. Burada sәslәndirilәn çıxışlar, mәruzәlәr, o cümlәdәn 40 müәllif tərəfindən konfransın tәşkilat komitәsinə daxil olmuş 25-dən artıq elmi mәqalә müvafiq jurnallarda dәrc olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi