Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub Düşmən atəşindən Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub
Hərbi
15 Yanvar , 2017 11:14
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!.

Son xəbərlər

Orphus sistemi