Yuxarı

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilir

Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilir

Bakı. 20 iyun. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.

Bu barədə "Report"a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, 2018-ci ilin hazırlıq planına uyğun olaraq, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.

Məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Təlim iyunun 24-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi