Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Hərbi
23 Sentyabr , 2019 19:09
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, döyüş tapşırığının icrasına yaxınlaşdırılmış şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə və batareyaların daim döyüşə hazır olmasına yönəldilib.

Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Son xəbərlər

Orphus sistemi