“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.
Planlı və plandankənar hədəflərin tam dəqiqliyi ilə məhv edildiyi təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

