Yuxarı

Dövlət sərhədində keçidlə bağlı məhdudiyyətlərin tətbiqi barədə məlumatlar yanlışdır

Dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­

234

"Son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycanın dövlət sərhədindən buraxılış mən­təqələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlumat­lar yayılmaq­dadır. Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir".

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­məyib, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər:

"Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur. Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­ib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında “koronavirus” xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunub.

Dövlət sərhədindən buraxılış məntəqə­lə­rində sanitar-ka­rantin nəza­rətinin gücləndirilməsi, “koronavirus” xəstəli­yi­nə yoluxma­ları­na şübhələr yaranan şəxs­­­lərin aşkarlanması və tibbi təx­liyəsi istiqa­mətində kompleks profilaktik tədbirlər hə­yata keçirilir. Dövlət sərhədindən buraxılış mən­təqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunmuşdur. Ölkə­yə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müa­sir tibbi texniki vasitələrdən isti­fadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr ya­ra­nan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət ol­­duqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin “koronavirus” xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi təd­birlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xid­mət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunublar". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi