Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Hərbi
18 Oktyabr , 2019 19:01
Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə İdeoloji və Mədəniyyət Mərkəzi, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.

Son xəbərlər

Orphus sistemi