“Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib

“Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda, Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku - 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.
Hərbi
19 Aprel , 2018 17:12
“Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib
Mod.gov.az

Bakı. 19 aprel. REPORT.AZ/ Bakıda, Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku - 2018” müsabiqəsinin planlaşdırılması üzrə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı planlaşdırılan məsələlər, görüləcək işlər müzakirə edilib və yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi