Yuxarı

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin son epizodu başa çatıb - VİDEO

“Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin son epizodu başa çatıb - VİDEO
Azərbaycanın hərbi dənizçiləri epizodun qalibi elan edilib
© Mod.gov.az

Bakı. 10 avqust. REPORT.AZ/ “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarışlar çərçivəsində müəyyən olunmuş bütün epizodları yerinə yetiriblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışlarda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər.

Beynəlxalq hakimlər briqadasının yekdil qərarı ilə tapşırığı 14 dəqiqə 26 saniyəyə yerinə yetirən Azərbaycan hərbi dənizçiləri epizodun qalibi elan olunub.

İkinci yerə İran, üçüncü yerə Qazaxıstan və dördüncü yerə Rusiya hərbi dənizçiləri layiq görülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi