Cocuq Mərcanlıda 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina aşkarlanıb ANAMA tərəfindən 32 207 kv.m ərazi yoxlanılıb
Hərbi
2 Mart , 2017 17:30
Cocuq Mərcanlıda 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina aşkarlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib, 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA 32 207 kv.m ərazi (7 033 kv.m əl, 11 400 kv.m mexaniki üsulla və 13 774 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Agentlik tərəfindən 27 gün ərzində Cocuq Mərcanlı kəndində 113 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 26 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 805 424 kv.m ərazi (381 002 kv.m əl ilə, 195 600 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə ANAMA yanvarın 1-dən martın 2-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 117 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 968 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 839 018 kv.m ərazi (414 596 kv.m ərazi əl, 195 600 kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m ərazi minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi