Yuxarı
    Bağlamaq

    Cocuq Mərcanlıda 1362 qəlpə aşkarlanıb

    ANAMA tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 75 gün ərzində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub

    Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1362 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Ümumilikdə 20 min 331 kvadratmetr ərazi yoxlanılıb.

    ANAMA-dan "Report"a verilən məlumata görə, 75 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 592 min 182 kvadratmetr ərazi yoxlanılıb.

    Agentlik tərəfindən bu il yanvarın 1-dən mayın 3-dək 5618 partlamamış hərbi sursat, tank əleyhinə 113 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 655 min 156 kvadratmetr ərazi yoxlanılıb.

    Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi