Çinin müdafiə naziri: "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik"

Çinin müdafiə naziri: "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik" Çin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir.
Hərbi
22 Oktyabr , 2019 12:04
Çinin müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik

"Çin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, ÇXR-in milli müdafiə naziri, general-polkovnik Vey Fenxe Pekində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

V.Fenxe Çin ilə Azərbaycan arasında münasibətlərin böyük tarixi olduğunu, müasir dövrdə əlaqələrin hər iki xalqın marağına uyğun inkişaf etdiyini vurğulayıb.

Çin rəsmisi iki ölkənin hərbi sahədə əməkdaşlığından danışaraq, hərbçilərin qarşılıqlı səfərlərinin bu işə töhfə verdiyini bildirib.

Z.Həsənov Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan davamlı dəstəyinə görə təşəkkür edib, Azərbaycanın da “Vahid Çin” siyasətini dəstəklədiyini və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıdığını deyib.

Son xəbərlər

Orphus sistemi