Cəbhəboyu zonada yerləşən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışı olub

Cəbhəboyu zonada yerləşən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışı olub Müdafiə Nazirliyinin rəhbərliyi açılışında iştirak edib
Hərbi
22 İyun , 2017 18:25
Cəbhəboyu zonada yerləşən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışı olub
Mod.gov.az

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi