Yuxarı

Brüsseldə NATO Hərbi Komitəsinin iclası başlayıb

Brüsseldə NATO Hərbi Komitəsinin iclası başlayıb
İclasda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov da iştirak edir

Bakı. 16 yanvar. REPORT.AZ/ Brüsseldə NATO Hərbi Komitəsinin iclası başlayıb.

"Report" xəbər verir ki, NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilk iclası açaraq ikigünlük sessiyanın əsas mövzularının NATO-nun hərbi imkanlarının modernləşdirilməsi və gücləndirilməsi, Əfqanıstan və İraqdakı əməliyyatlar, eləcə də tərəfdaş ölkələrlə münasibətlər olacağını bildirib.

Onun sözlərinə görə, yanvarın 17-də Brüsseldə Ukrayna-NATO və Gürcüstan-NATO Komissiyaları çərçivəsində görüşlər keçiriləcək.

Qeyd edək ki, NATO Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil edilən görüşlərdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edir.

Əfqanıstan üzrə görüşlər zamanı NATO-nun "Qətiyyətli dəstək" missiyasının komandanı, general Con Nikolson regiondakı vəziyyət barədə hesabat təqdim edəcək. İraq üzrə məsələdə isə NATO Baş Qərargahlar rəhbərləri İŞİD-ə qarşı koalisiyada NATO-nun rolunu müzakirə edəcəklər.

NATO Hərbi Komitəsinin bu iclası ittifaqın müdafiə nazirlərinin fevral ayında keçiriləcək görüş üçün hazırlıq mərhələsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi