Yuxarı

​Bir qrup zabitə "polkovnik" hərbi rütbəsi təqdim olunub

Müdafiə naziri: Hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməlidir

Bakı. 9 noyabr. REPORT.AZ/ Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, Prezident Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqət və qayğıya cavab olaraq hər bir zabit üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, Azərbaycan Silahlı Qüvvələri xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi