Yuxarı

​Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub

Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək, növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi