​Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub

​Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb
Hərbi
256
24 Dekabr , 2014 20:53
​Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunanlar göstərilən etimada görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirərək, növbəti rütbələrin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə məsuliyyət hisslərinin daha da artacağını xüsusi qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi