Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub

Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub Zakir Həsənov: "Hər bir hərbi qulluqçu bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir"
Hərbi
26 Dekabr , 2016 19:03
Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi təqdim olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, hərbi qulluqçuları qəbul edən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

General-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Son xəbərlər

Orphus sistemi