Baş Qərargah rəisi: "Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək"

Baş Qərargah rəisi: "Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək" Bakı. 21 noyabr. REPORT.AZ/ Regionda təhdidlərin artması müşahidə olunur. Odur ki, səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik.
Hərbi
21 Noyabr , 2018 13:19
Baş Qərargah rəisi: Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia / Report
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ "Regionda təhdidlərin artması müşahidə olunur. Odur ki, səylərimizi birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilərik".

"Report" xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Azərbaycan- Gürcüstan-Türkiyə hərbi rəhbərlərinin Bakıda keçirilən 3-cü üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkliyib: "Biz hər zaman xatırlayırıq ki, böhran vəziyyətimizdə Azərbaycan və Türkiyə yanımızda olub. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Əməkdaşlığımız əsas etibarı ilə regionda sabitliyin qorunmasını özünə əks etdirir".

Vladimer Çaçibaia əlavə edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək: "O təlimlər ki, bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik".

Son xəbərlər

Orphus sistemi