Yuxarı
    Bağlamaq

    ​Bakıda NATO-nun təlim kursları keçirilir

    “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda keçirilən təlimdə müxtəlif mövzular müzakirə olunur

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən kurslar sentyabrın 14-də başlayıb və 17-dək davam edəcək. 

    Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən keçirilən təlim kursu “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” adlanır. 

    Kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara “NATO-da hərbi tərəfdaşlıq”, “NATO-nun hərbi siyasəti”, “Strateji kommunikasiya”, “İctimai əlaqələr”, “İnformasiya əməliyyatları doktrinası”, “Psixoloji əməliyyatlar”, “İnformasiyanın təhlili” və s. mövzular barədə məlumatlar verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi