Yuxarı

​Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb

Tədbir iki gün davam edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb. Bu barədə "Report"a Müdafiə Naziriyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq keçirilir.

İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi