​Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb

​Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb Tədbir iki gün davam edəcək
Hərbi
10 Noyabr , 2015 18:17
​Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü başlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb. Bu barədə "Report"a Müdafiə Naziriyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüş Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq keçirilir.

İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi