Yuxarı

​Bakı sakinlərinin neçə faizinin erməni helikopterinin vurulmasını müsbət qarşıladığı məlum olub

Paytaxt sakinlərinin 65%-i Qarabağ münaqişəsinin çözümünün danışıqlar yolu ilə mümkün olduğunu düşünür

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan paytaxtının əhalisinin 92,8%-i Silahlı Qüvvələrimizlə bağlı "qürur" və "hörmət" hissləri keçirir.

"Report"un məlumatına görə, bunu "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri təsdiqləyir.

Məlumata əsasən, 2011-ci ilin yayında bu göstərici 91% təşkil edirdi.

Bakı sakinlərinin tam əksəriyyəti əmindir ki, Azərbaycanın milli ordusu zərurət yaranarsa, Qarabağ problemini hərbi yolla həll etməyə qadirdir.

İctimai rəy sorğusu həmçinin göstərib ki, ordunun cəmiyyətdə nüfuzu yüksəkdir. Sorğu keçirənlərinin  "Ailə üzvlərinizdən birini orduya çağırsaydılar, onun xidmətə yollanmasına üstünlük verərdiniz, yoxsa əsgərlikdən yayınmasına çalışardınız?" sualına cavab verərkən, 86,5% respondent birinci cavab variantını seçib. Rəyi soruşulanların yalnız 7,2%-i ailə üzvünü əsgərlikdən yayındırmağa cəhd edərdi. Daha 6,3% isə sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu bu yaxınlarda Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində baş vermiş insidentə də ictimai marağın yüksək olduğunu müəyyən edib. Paytaxt sakinləri Azərbaycan hərbçiləri tərəfindən düşmən helikopterinin vurulmasını çox müsbət qarşılayıblar: 98% buna müsbət yanaşdığını, cəmi 2% isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qarabağ probleminin həlli yollarına gəldikdə isə, respondentlərin 65%-i danışıqlara, 35%-i isə hərbi yola üstünlük verdiyini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi