Yuxarı

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov T

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq. 

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi