Yuxarı

Azərbaycanın müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

Azərbaycanın müdafiə naziri Türkiyənin hərbi attaşesi ilə görüşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət müddəti başa çatan hərbi attaşesi, briqada generalı Zafer Ocak ilə görüşüb.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin region üçün vacibliyi qeyd edilib, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkələr arasında hərbi əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və ona gələcək xidmətlərində uğurlar arzulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən hərbi attaşe, briqada generalı Z.Ocak ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi