Yuxarı

Azərbaycanın müdafiə nazirinin Rusiyaya səfəri başlayıb

Azərbaycanın müdafiə nazirinin Rusiyaya səfəri başlayıb
Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Azərbaycan müdafiə naziri, general- polkovnik Zakir Həsənov

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi