Azərbaycanın müdafiə nazirinin Rusiyaya səfəri başlayıb

Azərbaycanın müdafiə nazirinin Rusiyaya səfəri başlayıb Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Hərbi
25 May , 2017 12:20
Azərbaycanın müdafiə nazirinin Rusiyaya səfəri başlayıb

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi