Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb
Hərbi
22 May , 2017 14:39
Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb
Report.az

Tbilisi. 22 may. REPORT.AZ/ Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri müzakirə olub.

Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələlərini də nəzərdən keçiriblər. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi