Yuxarı

Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri Çinə rəsmi səfər edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov T

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR milli müdafiə naziri, general-polkovnik Vei Fenxenin dəvəti ilə aprelin 26-da Pekin şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, rəsmi səfər çərçivəsində ÇXR-in hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Çinin hərbi sənaye kompleksinə daxil olan müəssisələrə nəzərdə tutulan ziyarət zamanı Azərbaycan nümayəndə heyəti ordumuzun hərbi potensialını gücləndirəcək müasir döyüş texnikaları və digər hərbi təyinatlı məhsullar ilə tanış olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi