Yuxarı

Azərbaycanın müdafiə naziri apreldə Gürcüstana səfər edəcək

Azərbaycanın müdafiə naziri apreldə Gürcüstana səfər edəcək
Səfir Dursun Həsənov bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb

Tbilisi. 1 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Levan İzoria Dursun Həsənovu səfir təyin olunması münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Levan İzoria bir ay əvvəl Azərbaycana etdiyi səfərini xatırladıb, Bakıda keçirdiyi görüşlərdə strateji tərəfdaşlıq, regional təhlükəsizlik, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsi, eləcə də birgə təlimlərin təşkili məsələlərinin müzakirə olunduğunu bildirib.

Nazir deyib ki, bu ilin aprel ayında Azərbaycanın müdafiə nazirinin Tbilisiyə səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində biz bir çox məsələləri, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik.

Səfir Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, müdafiə nazirlikləri arasında da səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Regional təhlükəsizliyin təmin olunmasında birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi