Azərbaycanın hərbi mühəndisləri təlimlərdə şərti düşmənin minalarını aşkarlayaraq məhv ediblər

Azərbaycanın hərbi mühəndisləri təlimlərdə şərti düşmənin minalarını aşkarlayaraq məhv ediblər Bakı. 28 avqust. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Hərbi
28 Avqust , 2018 17:15
Azərbaycanın hərbi mühəndisləri təlimlərdə şərti düşmənin minalarını aşkarlayaraq məhv ediblər
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Mürəkkəb əməliyyat şəraitində keçirilən taktiki-xüsusi təlimdə mühəndis qoşunlarının mütəxəssisləri müasir avadanlıq və vasitələrdən istifadə etməklə ərazinin kəşfiyyatını aparıb, eləcə də qoşunların hərəkət yollarının hazırlanması üzrə tapşırıqları icra ediblər.

Bundan əlavə, şəxsi heyət şərti düşmən tərəfindən basdırılmış minaların aşkarlanması, onların xüsusi üsullarla məhv edilməsi, habelə təyin edilmiş sahəyə gəldikdən sonra ərazidə mühəndis-müşahidə postlarının yaradılması normativlərini də yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi