Azərbaycan və Türkiyə may və sentyabr aylarında birgə hərbi təlimlər keçirəcək

Azərbaycan və Türkiyə may və sentyabr aylarında birgə hərbi təlimlər keçirəcək Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Hərbi
30 Aprel , 2015 17:48
Azərbaycan və Türkiyə may və sentyabr aylarında birgə hərbi təlimlər keçirəcək

Bakı. 30 aprel. REPORT.AZ/  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, müdafiə naziri iki ölkə arasında hərbi texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə, qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığa töhfə verəcəyi xüsusi vurğulanıb.

İşğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinin nəinki Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən müdafiə naziri xalqımızın işğal faktı ilə barışmayacağını bir daha bəyan edib.

Müxtəlif qoşun növlərinin iştirakı ilə Azərbaycanda və sonra Türkiyədə keçirilən birgə təlimlərin vacibliyini vurğulayan Z.Həsənov hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki ölkənin dövlət başçısına minnətdarlığını ifadə edib: "Qardaş xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir".

Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək qarşılıqlı hərbi münasibətlərin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.

Görüşdə Quru Qoşunlarının may ayında Bakı və Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və texnikasının iştirakı ilə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi