Yuxarı
    Bağlamaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri arasında əlaqələr müzakirə olunub

    Zakir Həsənov Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Faiyad bin Hamed Al Rovaili ilə görüşüb

    Bakı. 5 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tərəflər iki dövlətin silahlı qüvvələri arasında əlaqələrin perspektivlərini müzakirə edib və hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi