Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimləri yayda keçiriləcək

    2015-ci ilin yay aylarında Azərbaycan, Rusiya və Qazaxıstan HDQ-nin iştirakı ilə Xəzər dənizində üçtərəfli hərbi-dəniz təlimləri keçiriləcək

    Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan və Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər dənizində ikitərəfli hərbi-dəniz təlimlərinin keçirilməsi gələn ilin yayına nəzərdə tutulub. “Report” Rusiya Cənub-Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə Rusiya gəmiqayırma sənayesinin yeni nümunələrindən istifadə ediləcək: “Qrad Sviyajsk” kiçik raket və artilleriya gəmiləri, "Uqliç" ("Buyan-М" layihəsi), eləcə də "Velikiy Ustyuq", "Mahaçqala" və "Volqodonsk" ("Buyan" layihəsi).

    Həmçinin 2015-ci ilin yay aylarında Azərbaycan, Rusiya və Qazaxıstan HDQ-nin iştirakı ilə Xəzər dənizində üçtərəfli hərbi-dəniz təlimlərinin keçirilməsi də nəzərdə tutulub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi