Yuxarı

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb, protokol imzalanıb

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb, protokol imzalanıb
İki ölkə arasında hərbi sahədə qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.

Sonda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının yekunlarına dair protokol imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi