Yuxarı

Azərbaycan-Türkiyə təlimlərinə 1000-dən çox şəxsi heyət, 20-yə yaxın döyüş helikopterləri cəlb olunub

Azərbaycan-Türkiyə təlimlərinə 1000-dən çox şəxsi heyət, 20-yə yaxın döyüş helikopterləri cəlb olunub

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov deyib.

Onun sözlərinə görə, təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir: "Taktiki təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub. Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinin və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişatında təlimdə iştirak edən heyət bilmədən taktiki şərait bir neçə dəfə dəyişdirilmiş və şəxsi heyət bundan nəticə çıxararaq, qarşılıqlı fəaliyyəti və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirmişlər".

Mayın 1-də başlayan təlimlərə bu gün yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi