Yuxarı

Azərbaycan stendi "IDEX-2015" sərgisinə gələnlərin böyük marağına səbəb olub

Azərbaycan nümayəndə heyəti xarici şirkətlərlə bir sıra görüşlər keçirib

Abu-Dabi. 23 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə "IDEX-2015" beynəlxalq müdafiə texnikası sərgisinin II günüdür. "Report" xəbər verir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendi sərgiyə gələnlərin böyük marağına səbəb olub.

Belə ki, Ukrayna, Pakistan, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən nümayəndə heyətləri Azərbaycanda istehsal olunan texnikaya böyük maraq göstəriblər. Xüsusilə də "İstiqlal", "Yalquzaq" snayper tüfəngləri, "Zəfər" tapançası, eləcə də döyüş sursatı maraq doğurub. Həmçinin MSN yeniliyi olan 5,56x45 mm kalibrli EM-14 avtomatı diqqəti cəlb edib. 

Bundan başqa, nazir Yavər Camalovun rəhbərlik etdiyi MSN nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətləri ilə də bir sıra görüşlər keçirib. BƏƏ nümayəndə heyəti ilə danışıqlar aparılıb. 

Azərbaycan nümayəndə heyəti Sudanın milli stendinə, CAR, Ukrayna, Pakistan, Türkiyədən olan şirkətlərin stendlərinə baş çəkib. Azərbaycan nümayəndə heyəti bu şirkətlərin yenilikləri ilə tanış olub, əməkdaşlıq perspektivlərini müzakirə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi