Yuxarı

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 9-dan 12-dək Bakı şəhərində "Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması" mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi