Yuxarı

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Təlim kurslarının Avstriya, Belarus və Finlandiyada keçirilməsi nəzərdə tutulur

Bakı. 14 mart. REPORT.AZ/ Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarus) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.

"Report"un xəbərinə görə, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin saytı yayıb.

Məlumatda bildirilib ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi