Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Tədbirlər dünyanın 5 ölkəsində keçiriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbirlər dünyanın 5 ölkəsində keçiriləcək.

Bu tədbirlər sırasına noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) “Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi” mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) “Tibbi qiymətləndirmə” kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində “NATO günləri” tədbiri, noyabrın 3-dən 14-dək Konstanta şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idarələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində (Türkiyə) Exokardioqrafiya kursu daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi