Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək Tədbirlər dünyanın 5 ölkəsində keçiriləcək
Hərbi
114
1 Noyabr , 2014 10:00
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbirlər dünyanın 5 ölkəsində keçiriləcək.

Bu tədbirlər sırasına noyabrın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya) “Bütövlüyün qurulmasında müdafiə təsisatlarının liderliyi” mövzusunda kurs, NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu, Budapeşt şəhərində (Macarıstan) “Tibbi qiymətləndirmə” kursu, Ankara şəhərində (Türkiyə) Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə Türkiyə Quru Qoşunları Hərbi Məktəbi arasında müəllim mübadiləsi, Bakı şəhərində “NATO günləri” tədbiri, noyabrın 3-dən 14-dək Konstanta şəhərində (Rumıniya) Hidroqrafiya və hidroqrafiya idarələri üzrə regional təlim kursu, San Remo şəhərində (İtaliya) 156-cı Beynəlxalq hərbi kurs, noyabrın 3-dən 21-dək isə Ankara şəhərində (Türkiyə) Exokardioqrafiya kursu daxildir.

Son xəbərlər

Orphus sistemi