Yuxarı
    Bağlamaq

    Azərbaycan ordusunun irimiqyaslı təlimlərinin birinci mərhələsinə start verilib - VİDEO

    Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir

    Bakı. 12 noyabr. REPORT.AZ/ Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsi başlayıb.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.
    "Həyəcan" siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
    Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.
    Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi