Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya gedib

Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin toplantısında iştirak edəcək

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçikaya gedib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Xəbərə görə, N.Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak edəcək. 

Görüş mayın 18-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi