Yuxarı

Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başlayıb

Azərbaycan ordusunun hərbi hissələrində çöl çıxışları başlayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzlərində Azərbaycan ordusunun hərbi hissələrinin çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqlərin keçirilməsində əsas məqsəd döyüş zamanı şəxsi heyətin praktiki vərdişlərinin artırılması, atəş vasitələri və döyüş texnikasından düzgün istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi və bölmələrin dəqiq və qətiyyətlə idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi