Yuxarı

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində döyüş tapşırıqları icra edilir - VİDEO
Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir
© Mod.gov.az

Bakı. 17 aprel. REPORT.AZ/ Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.
Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi