Azərbaycan ordusunun təlimləri zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib

Azərbaycan ordusunun təlimləri zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunlar tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər
Hərbi
19 Aprel , 2017 17:59
Azərbaycan ordusunun təlimləri zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin növbəti mərhəlisində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir. Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.

Son xəbərlər

Orphus sistemi