Yuxarı

Azərbaycan Ordusunun ən yaxşı tank bölüyü müəyyənləşib

Azərbaycan Ordusunun ən yaxşı tank bölüyü müəyyənləşib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən, birinci yerə “Beyləqan” komandası, ikinci yerə “Bərdə” komandası, üçüncü yerə “Şəmkir” komandası layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi