Yuxarı

Azərbaycan ordusunda silah və hərbi texnikanın istismarı qış rejiminə keçirilib

Müdafiə Nazirliyi: “Görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb”

Bakı. 15 oktyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Hərbi hissələrdə fəaliyyətə başlayan texniki xidmət məntəqələrində silahlanmada olan bütün döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilir, filtr və aqreqatlara planlı şəkildə qulluq göstərilir, elektrik və hidravlik sistemləri yoxlanılır.
Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilən müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq.
Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi